Accessibility links

ABŞ dövlət katibi Moskvadadır


ABŞ dövlət katibi Kondoliza Rays Kosovo və Amerikanın Avropada raketlərdən müdafiə sisiteminin yerləşdirilməsinə dair fikir ayrılıqlarının aradan qaldırılması məqsədi ilə Moskvadadır. Moskva görüşünün digər məqsədi gələn ay böyük səkkizlərin Almaniya sammitindən öncə ölkələr arasında münasibətlərin yaxşılaşdırılmasıdır. Sammit çərçivəsində ABŞ prezidenti Corc Buş və Rusiya prezidenti Vlaidirmir Putinin görüşü gözlənilir. ABŞ dövlət katibi Kondoliza Rays prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşüb. Tərəflərin diplomatik ritorika tonunun yumşaldılması barədə razılıq əldə etdiyi bildirilir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov razılığın bu gün prezidentlə Moskva yaxınlığında keçirilən görüş zamanı əldə edildiyini deyib. Kremlin bəyanatında görüşün təfərrüatları açılanmayıb. Lakin İTAR-TASS xəbər agentliyi cənab Lavrova istinadən bildirib ki, prezident Putin Rusiyanın ABŞ-ın Çex Respublikası və Polşada, habelə adı açıqlanmayan Qafqaz ölkələrinin birində raketlərdən müdafiə sisteminin yerləşdirilməsi planının əleyhinə olduğunu bir daha təkrar edib.

XS
SM
MD
LG