Accessibility links

Beynəlxalq Böhran Qrupu Kosovo məsələsində güzəştlərə ehtiyac olduğunu deyir


Müstəqil araşdırma institutu bildirir ki, Birləşmiş Ştatlar və Avropa Birliyi Rusiyanın nüfuzunu itirməməsi naminə kompromisə gedərək Kosovo ilə bağlı BMT planında dəyişikliklər etməlidirlər.

Bazar günü axşam dərc olunan hesabatında Beynəlxalq Böhran Qrupu Qərb dövlətlərini Kosovonun serb azlığının işləri üzrə xüsusi elçi təyin edərək, Serbiyanın separatçı əyalətinin BMT üzvlüyünə müraciətinə iki illik qadağa qoymağa çağırıb.

Hesabatda həmçinin deyilir ki, Kosovonun alban rəhbərliyi dövlətçiliyə inzibati və hüquqi hazırlıq aparsa da, birtərəfli qaydada müstəqilliyini elan etməkdən çəkinməlidir.

Sənəddə qeyd edilir ki, Kosovo etnik albanlarının liderləri gələcək dövlət üçün beynəlmiləl simvollar seçməli və müstəqilliyin ilk həftələrində Kosovonun serb icmasını qorumaq üçün strategiya müəyyənləşdirməlidirlər.

XS
SM
MD
LG