Accessibility links

Toni Bleyr baş nazir kimi son dəfə ABŞ-a səfər edib


Britaniyanın baş naziri Toni Bleyr bu gün Ağ Evdə prezident Buşla ikinci və sonuncu görüşünü keçirib. Görüş zamanı Amerika və Avropa arasında qlobal istiləşməyə dair fikir ayrılıqları müzakirə edilib. Gələn ay Böyük Səkkizlərin Almaniya görüşü zamanı məsələ gündəlikdə yer alan əsas müzakirə mövzusu olacaq. Liderlərin görüşlərdən sonra təşkil etdikləri mətbuat konfransında Toni Bleyr bildirib ki, Britaniya ABŞ-ın İraq və Əfqanıstanda yaxın müttəfiqi olaraq qalacaq. Baş nazir Britaniyanın Amerikanın başçılıq etdiyi İraq müharibəsindəki rolunu bir daha müdafiə edib. Prezident Buş isə görüş zamanı Darfur münaqişəsi və qlobal istiləşmə məsələlərinin müzakirəsinə üstünlük verildiyini deyib. Corc Buş Çin və Hindistanın problemin həllində iştirak etməsini arzuladığını ifadə edib. Liderlər İraqdakı komandirlər və ABŞ-ın ölkədəki səfiri ilə video-konfrans keçirildiyini deyiblər. Cənab Bleyrin Amerikaya bu, Böyük Britaniyanın baş naziri kimi sonuncu səfəridir. Böyük Britaniyanın baş naziri Toni Bleyr iyun ayının 27-də vəzifəsindən istefa verir.

XS
SM
MD
LG