Accessibility links

ATƏT Azərbaycan hökumətinin mediaya münasibətini pisləyir


Daha 2 jurnalistin həbsindən sonra Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Azərbaycan hökumətinin müstəqil mediaya qarşı əməllərini pisləyib. Təşkilatın media üzrə ali nümayəndəsi Mikloş Haraşti açıqladığı bəyanatda bildirib ki, Azərbaycan hökumətinin mediaya qarşı amansız təqibləri ATƏT qarşısındakı başlıca öhdəlik olan jurnalizm təhlükəsizliyini məhv edir. Haraşti rəsmi Bakını media peşəkarlarına qarşı böhtan maddələri ilə həbs kampaniyasını dayandırmağa çağırıb.

Qeyd edək ki, dünən Yasamal Rayon Məhkəməsi prezident İlham Əliyevin qohumu Cəlal Əliyevin ittihamı əsasında «Müxalifət» qəzetinin baş redaktoru Rövşən Kəbirlinin və şöbə redaktoru Yaşar Ağazadənin hər birinin 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxardı.

Cənab Haraşti deyib ki, 7 jurnalisti həbsdə saxlayan Azərbaycan ATƏT məkanında jurnalistlər üçün ən təhlükəli yerdir.

XS
SM
MD
LG