Accessibility links

Samarada Rusiya - Avropa İttifaqı sammitinə yekun vuruldu


Rusiya və Avropa İttifaqının liderləri Rusiyanın Samara şəhəri yaxınlığında keçirilən sammitin işini insan hüquqları, ticarət və digər məsələlərlə bağlı razılıq əldə etmədən başa çatdırıb. Rusiya prezidenti Vladimir Putin Avropa İttifaqı ilə Rusiya partnyorluğuna dair razılığın nailiyyəsizliyindən danışarkən deyib ki, ittifaq əvvəlcə öz daxili problemlərini həll etməlidir. Avropa İttifaqının üzvü Polşa Rusiyanı yeni tərəfdaşlıq razılığı əldə edilməzdən əvvəl ət ixracına qoyulan qadağanın ləğvinə çağırıb. Rusiya prezidenti Vladimir Putin Estoniya və Latviyanı bir daha rusdilli vətəndaşlarını ayri-seçkiliyə məruz qoymaqda günahlandırıb. Bu arada polis 3 müxalifət lideri, Harri Kasparov, Eduard Limonov və Lev Ponomoryova müxalifətin yürüşündə iştirak etmək üçün Samaraya getməyə icazə verməyib. Almaniya kansleri Ancela Merkel müxalifət fəallarına icazə verilməməsidən narahatlığını bildirib.

XS
SM
MD
LG