Accessibility links

İraqda 7 ABŞ əsgəri həlak olub


ABŞ hərbçilərinin verdiyi məlumata görə İraqda əlavə 7 Amerika əsgəri həlak olub. Bağdadın qərbində 6 əsgər tərçüməçi ilə birgə yolkənarı bomba partlayışı nəticəsində həlak olub. Başqa bir bomba paytaxtın cənubunda Amerika əsgərini öldürüb. Bu, Cümə günündən bəri ölən Amerika əsgərlərinin sayını 15-ə çatdırır. ABŞ qüvvələri isə 8 Əl-Qaida militantını öldürmüş və 34 nəfəri gecə yarısı keçirilən reyddə ələ keçirmişlər. Bu arada ABŞ və İraq əsgərləri bir həftə öncə girov götürülmüş Amerika əsgərlərini axtarırlar. Başqa xəbərə görə Bağdadda maşına qoyulmuş bomba partlayışı 2 nəfərin ölümünə bais olub.
XS
SM
MD
LG