Accessibility links

Baquba şəhəri yaxınlığında mikro-avtobusa hücum olub


İraq rəsmiləri bildirirlər ki, Baquba şəhərinin yaxınlığında silahlı şəxslərin mikro-avtobusa hücuimu nəticəsində bir uşaq da daxil edilməklə, 7 nəfər həlak olub. Bağdadın qərbində yol kənarına yerləşdirilmiş mina partlayışı 3 İraq əsgərinin ölümünə səbəb olub.

Hərbi qüvvələrin bəyanatında isə bildirilir ki, koalisiya qüvvələrinin şimal-şərqdəki Karmah bölgəsində Əl-Qaidə yaraqlılarına qarşı həyata keçirilən reyd zamanı girovda olan və işgəncələrə məruz qalan 5 iraqlı azad edilib. Girovlar onları saxlayanların əcnəbi yaraqlılar olduqlarını bildiriblər.

Bu arada xəbər verilir ki, İraqın xarici işlər naziri Hoşyar Zebari Britaniya rəhbərliyində dəyişikliyin Britaniya qüvvələrinin İraqdan çıxarılmasına yol açmayacağına ümid bəslədiyini deyib. Avstraliyalı həmkarı Aleksandr Dounerlə birgə mətbuat konfarsında cənab Zebari deyib ki, bu mühüm vaxtda koalisiya qüvvələrində zəifləməyə yol verilməməlidir.

Avstraliyanın xarici işlər naziri Aleksand Douner Toni Bleyrin xələfi Gordon Braunun Bleyrin siyasətini davam etdirəcəyinə inandığını bildirib.

XS
SM
MD
LG