Accessibility links

Livanda döyüşlər yenidən başlayıb


Livanda islamçı yaraqlılarının təktərəfli atəşkəs elan etməsindən az sonra döyüşlər yenidən davam edib. Fəth Əl-İslam qrupu bildirmişdi ki, Livan qüvvələri hücuma keçməsə, döyüşlər dayandırılacaq. Əl-Qaidə ilə əlaqəsi olduğuna inanılan bu qrup Tripoli yaxınlığındakı Fələstin qaçqın düşərgəsində yerləşir. Şahidlərin bildirdiyinə görə, mülki vətəndaşlar da daxil edilməklə, əsgər və yaraqlılarla birlikdə 75-dən artıq adam öldürülüb. Qərbin xəbər agentliklərinə ünvanladığı bəyanatında Fəth Əl-islam qrupu Beyrutda son iki gün ərzində həyata keçirilən partlayışların məsuliyyətini daşıdığını bildirib.

XS
SM
MD
LG