Amnesty International bildirib ki, təriqətlərarası münaqişələrin səbəb olduğu zorakılıqlar, uzun müddətdən bəri davam edən siyasi, etnik və dini problemlər 2006-cı ildə Iraqın vətəndaş müharibəsinə daha da yaxınlaşmasına səbəb olub. Təşkilatın illik hesabatında deyilir ki, Iraqdakı yalnış istiqamətləndirilmiş hərbi sərgüzəşt insan hüquqları və beynəlqalq qanunların tez-tez pozulmasına səbəb olur. Hesabatda deyilir ki, İsrailin işğalı altında yaşayan fələstinlilərin vəziyyəti də 2006-cı ildən daha da pisləşib.