Accessibility links

Qərb dövlətləri BMT nüvə agentliyinin rəhbərini tənqid edib


Birləşmiş Ştatlar və onun 3 müttəfiqi BMT nüvə agentliyinin rəhbərini İranın nüvə proqramına son qoymasını əngəlləyəcək bəyanatlar verməməyə çağırıb. ABŞ, Britaniya, Fransa və Yaponiya rəsmiləri bu gün Vyanada agentiyin rəhbəri Məhəmməd əl Baradei ilə görüşüblər. Diplomatlar Əl-Baradeinin bu yaxınlarda müxbirlərə söylədiklərini tənqid ediblər. Cənab Baradei İrana müəyyən miqdarda uran emal etməyə icazə verilə biləcəyini dilə gətirib. BMT Təhlükəsizlik Şurasının qətnaməsi isə Tehrandan bütün uran zənginləşdirməsini dayandırmağı tələb edir. Cümə axşamı prezident Buş deyib ki, ABŞ İranı uran zənginləşdirməsinə son qoymağa vadar etmək üçün öz müttəfiqləri ilə birgə sanksiyaları gücləndirəcək.
XS
SM
MD
LG