Accessibility links

Ukrayna prezidenti hərbi qüvvələrə nəzarət edəcək


Ukrayna prezidenti Viktor Yuşenko Daxili İşlər Nazirliyinin qüvvələrinin nəzarətini əlinə aldığını elan edib. Bu addım ölkədə siyasi gərginliyin artdığı bir vaxta təsadüf edir. Prezident aparatının bildirdiyinə görə, prezident Yuşenko qüvvələrin nəzarətinin ona həvalə edilməsinə dair fərmanı bu gün imzalayıb. Prezidentin qərarı daxili işlər naziri Vasili Tsuşkonun prezident Yuşenkonun baş prokuror Svyatoslav Piskunun vəzifəsindən kənarlaşdırmasından sonra onun ofisinə qüvvə yerləşdirməsindən sonra verilib. DİN qüvvələri ilə prezidentin təhlükəsizlik qüvvələri arasında toqquşma olub. Piskun və Tsuşko prezdentin rəqibi, baş nazir Viktor Yanukoviçin müttəfiqləridir.

XS
SM
MD
LG