Accessibility links

Mühacirət islahatları planına düzəlişlər təsdiq edilmədi


ABŞ Senatında qanunvericilər 66 əleyhinə, 29 leyhinə səslə mübahisəli mühacirət islahatları planına düzəlişlər təklifini rədd edib. Qeyd edək ki, planda 12 milyon qeyri-qanuni mühacirin əksəriyyətinə qanuni status verilməlidir. Respublikaçı qanunverici Deyvid Vitter bildirib ki, bu plan qanunları pozan insanların mükafatlandırılmasıdır. Demokrat senator Edvard Kennedi isə mühacirlərin leqallaşdırılmasının ölkənin təhlükəsizliyi üçün labüd olduğunu deyib. Senatda düzəlişlər təklifi çərşənbə günü təsdiq edilib. Bunlara ölkəyə daxil olan xarici fəhlələrin sayının 400 mindən 200 minə endirilməsi nəzərdə tutulur.

XS
SM
MD
LG