Accessibility links

Türkiyədə İslampərəst hökumətə qarşı növbəti nümayiş keçirilib


Minlərlə Türk vətəndaşı bu gün qərbi Dənizli şəhərində ölkənin İslampərəst hökumətinə qarşı nümayiş keçiriblər. Nümayişçilər “Türkiyə dünyəvidir və dünyəvi qalacaq” kimi şüarlar səsləndiriblər. Bu növ nümayişlər Türkiyənin İstanbul Ankara, İzmir və Samsun kimi başqa iri şəhərlərində keçirilib. Aksiya iştirakçıları hakim Ədalət və İnkişaf Partiyasını ölkədə dünyəvi quruluşu dəyişdirmək cəhdində ittiham edirlər. İyulun 22-də ölkədə yeni parlament seçkiləri keçiriləcək.
XS
SM
MD
LG