Birləşmiş Ştatların İraqdakı hərbçiləri Bağdadın şiələrin məskunlaşdığı Sədr qəsəbəsində reyd zamanı koalisiya qüvvələrinin terror şəbəkəsinə başçılıqda şübhəli bilinən şəxsi həbs etdiyini, və ən azı 5 yaraqlını qətlə yetirdiyini xəbər verir. Hərbçilərin bəyanatında bildirilir ki, bu gün həbs olunan şəxsin İrandan silah və partlayıcıların İraqa gətirilməsi, İraqdakı yaraqlıların isə təlim üçün İrana göndərilməsinə rəhbərlik etdiyi ehtimal olunur.
Bu gün İraqın Taci şəhərində də ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Əl Qaidə şəbəkəsi əleyhinə reydi zamanı yaraqlı olmaqda şübhəli bilinən 23 nəfəri həbs etdikləri, 2 terrorçunu isə öldürdüyü bildirilir. Cənubdakı Bəsrə şəhərində ordu rəsmiləri Britaniya əsgərlərinin Mehdi ordusunun komandanı Vissam Əbu Qədirə qarşı əməliyyat zamanı 2 saat yaraqlıların hücumuna məruz qaldığı bildirilir.