Accessibility links

İsrail kəskin bəyanatla çıxış edir


İsrailin baş naziri Ehud Olmert fələstinlilərin İsrailin mülki vətəndşlarına qarşı hücumlarına kəksin reaksiya verib. O deyib ki, İsrail terrorçulara qarşı əməliyyatlarını məhdudlaşdırmayacaq. Bu gün kabineti ilə həftəlik yığıncağı zamanı cənab Olmert Həmas yaraqlılarının hücumlarına son qoyulması məqsədi ilə hərbi əməliyyatların davam etdiriləcəyini deyib. İsrailin baş nazirinin bu bəyanatı fəlsətinlilərin bir mülki vətəndaşın ölümü, digərinin isə yaralanmasına səbəb olan iki raketindən birinin Şredot şəhərinə düşməsindən sonraya təsadüf edir. Rəsmilər ikinci raketin yenə də həmin şəhərə atıldığını, lakin heç bir tələfata səbəb olmadığını deyirlər.

XS
SM
MD
LG