Accessibility links

Bağdadın əsas ticarət mərkəzinə bomba hücumu olub


İraqın təhlükəsizlik rəsmiləri bildirirlər ki, bu gün həyata keçirilən hücumlar nəticəsində 44 adam həlak olub, onlarla insan yaralanıb. Bağdadda maşına yerləşdirilmiş bomba partlayışı azı 23 nəfərin ölümünə, 50 nəfərdən çoxunun isə yaralanmasına səbəb olub. Polis partlayışın bu gün günorta, əsas ticarət mərkəzlərindən biri olan Tayaran Meydanında baş verdiyini deyir. Bundan bir az sonra isə paytaxtın Amil rayonunda bomba hücumu 15 nəfərin ölümü ilə nəticələnib.

Digər bir xəbərdə isə bildirilir ki, polis paltarı geymiş 40-a yaxın silahlı şəxs Bağdaddakı Maliyyə Nazirliyinin binasına daxil olaraq, azı 3 qərblini oğurlamışlar. Oğurlananların Britaniyadan və Almaniyadan olduqları deyilir. Birləşmiş Ştatlar hərbiçiləri isə dünən Diyala vilayətində 8 Amerika əsgərinin qətlə yetirildiyini xəbər verir.

XS
SM
MD
LG