Accessibility links

Rusiya Gürcüstan vətəndaşlarına viza verməyə başlayıb


Rusiya Gürcüstan vətəndaşlarına viza verilməsini bərpa edib. Bu isə iki ölkə arasındakı münasibətlərin getdikcə yaxşılaşıdığına işarədir. Gürcüstan rəsmiləri Tbilisidə 4 Rus hərbçisini casus qismində həbs etdikdən sonra ötən Sentyabrda Rusiya visa verilməsini dayandırmışdı. Rəsmilər deyirlər ki, indi Rusiyada yaşayan qohumlarından dəvətnamə alan Gürcülərə visa veriləcək. Rusiyanın Tiblisidəki səfirliyinin qarşsında bu gün onlarla adam növbəyə duraraq visa almağa çalışıblar. Bu son addım İyunda Santk Peterburqda keçiriləcək Müstəqil Dövlətər Birliyinin sammiti zamanı Rusiya və Gürcüstan liderlərinin mümkün görüşü ərəfəsində atılır.

XS
SM
MD
LG