Accessibility links

ABŞ nümayəndələri Kubaya səfər edib


ABŞ Konqresi Kuba ilə bağlı Amerikanın sərt mövqeyi, 45 illik embaroqosu məsələsini nəzərdən keçirir. Beş nəfərdən ibarət nümayəndə heyəti beş günlük səfərlə Kubaya gedərək, fermaçılıq ticarəti məsələsini müzakirə edir. Heyət ABŞ-Amerika ticarət yarmarkasında olmuş, Amerikanın biznes liderləri ilə görüşlər təşkil etmişdir. Kubanın parlament spikeri Rikardo Alarkonla müzakirələrdən əvvəl adanın Roman Katolik kilsəsinin xadimləri ilə danışqılar aparmışdır. Gorciya ştatından nümayəndə, Amerikanın Kubaya qarşı sanksiyalarının daimi tərəfdarı Cek Kingstonun mövqeyində dəyişiklik yaranıb. O, gələcək səsvermələr zamanı hansı mövqedən çıxş edəcəyini deməsə də, ölkələrin biri-birinə məhəl qoymamasının uzun müddət davam edə bilməyəcəyini bildirib. Nümayəndə heyətinin Kubaya səfəri ölkə prezidenti Fidel Kastorunun ABŞ prezidenti Corc Buşun “mən sərt-xətt tərəfdarı prezidentəm və mən Fidel Kastronun ölümünü gözləyirəm” deməsi ilə bağlı son yazısının işıq üzünə çıxıdığı vaxta təsadüf edir. Dövlət mediasının yaydığı bəyanatda deyilir ki, Fidel Kastro mən Buşun həyatının əlindən alınmasına göstəriş verdiyi nə ilk nə də sonuncu şəxsəm deyib.

XS
SM
MD
LG