Accessibility links

Mühacirət anketlərinin rüsumları qaldırılıb


ABŞ-ın Mühacirət və Vətəndaşlıq İdarəsi anket rüsumlarını 60 faiz artırıb. İndi daimi yaşayış formalarının qiyməti 1000 dollar, vətəndaşlıq isə 600 dollardır. Mühacirət idarəsi anketlərin prosesdən keçirilməsi üçün federal fondlara malik olmadığından şikayətlənərək bidlirir ki, əks təqdirdə, xidmətlər azaldılmalı və gözləmə müddətləri uzadılmalıdır. Mühacirət tərəfdarları qiymətlərin heç vaxt bu qədər artırılmadığını deyirlər. Son aradırmalardan məlum olub ki, ABŞ vətəndaşlığına müraciət edənlərin sayı son illər azalmaqdadır.

XS
SM
MD
LG