Accessibility links

Fəllucədə hücum zamanı beş adam ölüb


İraqın təhlükəsizlik rəsmiləri bildiriblər ki, Bağdaddan qərbdə Fəllucədə minomyot hücumları zamanı azı beş adam həlak olub, 15 adam yaralanıb. Rəsmilərin bildirdiyinə görə, hücumların əsas hədəfi ABŞ-ın hərbi bazası olub, lakin mərmilər bunun əksinə olaraq, yaşayış məntəqələrinə dəyiblər. Bağdadın əsas etibarilə şiələrin yaşadığı Sədr hissəsində koalisiya qüvvələri İrandan yol kənarında yerləşdiriən bombalar və silah gətirilməsində əli olan şəbəkənin üzvləri olduqları deyilən altı şübhəlini saxlayıblar. Bu gün daha bir insident zamanı cənubda Amara şəhərində silahlı şəxslər jurnalist Nəzər Əbdül vahidi qətlə yetiriblər. Bu arada, İraqın xarici işlər naziri Xoşyar Zebari deyib ki, dünən Bağdadda beş Britaniya vətəndaşının oğurlanmasında yerli polisin köməyilə şiə Mehdi ordusundan şübhələnir.
XS
SM
MD
LG