Accessibility links

Corc Buş və Vladimir Putin iyul ayında ABŞ-ın Meyn ştatında görüşəcəklər


ABŞ prezidenti Corc Buş iyul ayında ölkənin şimal-qərbi ştatı olan Meyndə Rusiya prezidenti Vladimir Putinlə örüşəcək. Ağ ev bu gün bəyatn edib ki, cənab Putin inetensiv iktərəfli danışıqlar aparmaq üçün iyul ayının 1-i ABŞ-a səfər edəcək. Ağ evin sözçüsü Toni Snou bildirib ki, danışıqların diqqət mərkəzində İranın mübahisəli nüvə proqramı və ABŞ-ın Avropada raketlərdən müdafiə sistemini yerləşdirmək planları olacaq. Rusiya ABŞ-ın Polşa və Çex Respublikasında 10 raket və radar bazasının yerləşdirmək planlarına qarşı çıxmışdır. Prezident Putin raketlərin yerləşdirilməsinin yeni silah yarışına gətirib çıxaracağı haqda xəbərdarlıq etmişdir. Birləşmiş Ştatlar bildirir ki, sistem Avropanı İran və Şimali Koreyanın mümkün hücumlarından qoruyacaq.
XS
SM
MD
LG