Türk polisi bu gün İstanbulda terror aksiyası törətməyi planlaşdıran 11 Əl Qaida militantını həbs edib. Polis saxlanma haqda əlavə məlumat açıqlamayıb. Əl Qaidanın Türkiyədəki şəbəkəsi 2003-cü ildə 58 adamın ölümünə və yüzlərlə insanın yaralanmasına səbəb olan 4 intiharçı hücumunda günahlandırılır. Həmin hücumların başlıca hədəfləri 2 sinaqoq, Britaniya konsulluğu və Londonda qərargahlanan bank idi.