Accessibility links

Türkiyə konstitusiyasına dəyişiklik yekdilliklə qəbul edildi


Türkiyə parlamenti prezidentin partlament deyil, birbaşa xalq tərəfindən seçilməsinə imkan verən konstitusiyaya dəyişikliyi yekdilliklə qəbul edib. Bu, ikinci dəfədir ki, qanunvericilər islahatlar paketinin bir hissəsi olan seçki sistemində bu dəyişikliyi təsdiq edirlər. Artıq bir dəfə buna veto qoyan Türkiyə prezidenti Həməd Necdət Sezer ya paketi tam qəbul etməli, ya da referendum keçirməlidir.

Türkiyənin hakimyyətdə olan İslam yönlü Ədalət və İnkişaf Partiyası parlamentə onun namizəd göstərdiyi xarici işlər naziri Abdulla Gülü prezident seçmədikdən sonra bu təklifi irəli sürmüşdür. Dünyəviçi türklər Gülün prezidentiliyə namizədiyinin əleyhinə çıxır və Ədalət və İnkişaf Partiyasını Türkiyənin dünyəvi sistemini sarsırtmaqda ittiham edir.

XS
SM
MD
LG