Accessibility links

NATO qüvvələrinin vertolyotu  dümən tərəfindən vurulub


NATO rəsmiləri Əfqanıstanın cənubunda alyansın vertolyotunun düşmən atəşi nəticəsində yerə düşdüyünü bildiriblər. Qəza zamanı beş Amerika, bir Britaniya və bir Kanada əsgəri həlak olub. Rəsmilər Çinok vertolyotunun dünən Helmənd vilayətində salındığını bildirirlər. Taliban yaraqlıları vertoyutu vurub saldıqlarını deyir.

Eyni zamanda, Əfqanıstanın Müdafiə nazirliyi Əfqanıstan və NATO qüvvələrinin təyyarələrin müşayətilə Helmənd vilayətinin Sangin bölgəsində Talibanın mövqelərini atəşə tutduqlarını bildiriblər.

XS
SM
MD
LG