Accessibility links

ABŞ Zdravko Tolimirin həbsini alqışlayıb


Dünən Birləşmiş Ştatlar Serbiyanı və Bosnia Serbiyasını müharibə cinayətlərinə başçılıq edən şəxsi həbs etdiyinə görə alqışlalayaraq, azadlıqda olan daha 5 şübhəlini ədalət məhkəməsi qarşısına gətirməyə çağırıb. Belə ki, Bosnia serblərinin müharibə dövründə lideri Radovan Karadziç və onun hərbi komandiri Ratko Mladiç hələ də azadlıqdadırlar.

Rəsmilər cümə axşamı Serbia polisinin və qonşu Bosniya -Hersoqovinanın köməyi ilə həbs edilən Bosnia serblərinin keçmiş generalı Zdravko Tolimirin həbsini alqışlamışlar. Eyni zamanda onlar 1990-cı illərdəki müharibə cinayətlərində əli olanlar cəzalandırılmayınca, xüsusilə Karadziç və Mladiçin həbs edilərək Haqa məhkəməsinə göndərilməsi kimi işlər başa çatmayınca, regionda normal siyasi münasibətlərin olmayacağını vurğulayıblar.

Xəbərlərdə bildirilir ki, 1995-ci ildə Serebrenitsada minlərlə Bosniya müsəlmanının qətlində əli olan Tolimir Serbiyadan Serbska Respublikasına heç bir sənədi olmadan keçərkən yaxalanıb. Qeyd edək ki, Tolimirə qarşı hələ 2005-ci ildə soyqırım və müharibə cihnayətləri ittihamı irəli sürülmüşdü. O, həbs edilərək Sarayevodakı NATO bazasına gətirilmiş və oradan da dünən Haqaya göndərilmişdir.

Dövlət Departamentinin sözçüsü Tom Keysi müxbirlərlə söhbəti zamanı Avropa Birliyi rəsmilərinin də bu həbsdən razı qaldığını bildirib. Birləşmiş Ştatlar rəsmiləri Karadziç və Mladiçin Serbia və Bosnia Serbiyasında bəzi yerli rəsmilərin razılığı ilə gizləndiyinə inandıqlarını deyirlər. Birləşmiş Ştatlar və Avropa Birliyinin rəsmiləri müharibə cinayətlərində iştirak edən əsas fiqurlar məsələsinin Serbiyanın və Bosnia-Herseqovinanın Avropa Birliyinə və NATO-ya üzv olmasında əngəl olduğunu deyirlər.

XS
SM
MD
LG