Accessibility links

Livanın baş naziri qaçqın düşərgəsindəki yaraqlıları təslim olmağa çağırıb


Livanın baş naziri Fuad Siniora fələstin qaçqın düşərgəsində istehkam quran islamçı yaraqlıların təslim olmalı olduğunu deyib. Cənab Siniora Fətah əl İslamı cinayətkar banda adlandıraraq, onların silahları təhvil verməli olduğunu deyib.

O, bu bəyanatı bu gün Tripoli yaxınlığındakı Nəhr əl Bared qaçqın düşərgəsində Livan ordusu və yaraqlılar arasında döyüşlərin ikinci həftəsi başa çatdıqdan sonra verib.

Fətah əl İslam döyüşçüləri təslim olmamaq barədə qərar verib.

Ordu rəsmiləri keçən gecə döyüşlər zamanı iki əsgərin öldürülməsindən sonra hərbçilərin itkilərinin 40-a çatdığını bildirib. Ümumiyyətlə keçən ay döyüşlər başlanandan bəri 100-ə yaxın insan həlak olub. Cümə günü keçən döyüşlərdə üç Livan əsgəri, və naməlum sayda islamçı yaraqlı öldürülüb.

XS
SM
MD
LG