İsraildən alınan xəbərdə bildirilir ki, Fələstin yaraqlıları tərəfindən bu gün ölkənin cənubunda, Qəzza Zolağı ilə İsrailin sərhəddində keşik çəkən hərbi qüvvələrə edilən qumbara hücumu nəticəsində 4 İsrail əsgəri yaralanıb. Məlumatda bir əsgərin ağır, digərlərinin isə yüngül yaralandığı bildirilir.
İsrailin tibb rəsmiləri digər bir xəbərdə bildirirlər ki, bu gün Qəzza Zolağından atılan raket nəticəsində isə 3 nəfər yaralanıb. Bu gün səhər isə İordan Çayının Qərb Sahilində İsrail qüvvələri tərəfindən Fələstin yaraqlısı qətlə yetirilib.