Accessibility links

Robert Geyts Türkiyəni ABŞ-la birlikdə işləməyə çağırıb


" hspace=2 src="/azerbaijani/images/ap_turkey_soldiers_military_1jun07_eng_195.jpg" width=210 align=left vspace=2 border=0>Birləşmiş Ştatların müdafiə naziri Robert Geyts Türkiyədə terror hücumları təşkil etdiklərini deyərək İraqın şimalında kürd üsyançılarına qarşı ordu göndərə biləcəyinə görə Türkiyəyə xəbərarlıq edib. ABŞ müdafiə naziri həmin xəbərdarlığı hücumlar davam etdiyi təqdirdə Ankaranın buna ən yüksək səviyyədə cavab verəcəyini bildirməsindən sonra edib.

Sinqapurda Asiya Təhlükəsizliyi Konfransında iştirak edən Robert Geyts bu gün müxbirlərlə görüşü zamanı kürd üsyançılarının sərhəddi keçərək Türkiyə ərazisində həyata keçirdikləri hücumlardan Türkiyənin narahatlığını başa düşdüyünü deyib. Lakin o, Türkiyənin İraq sərhəddində təkbaşına əməliyyatlar aparmasına qarşı xəbərdarlıq edib. Türkiyə torpaqlarında terrorizm problemi məsələsi ilə əlaqədar Vaşinqtonun ona kömək etmək istədiyini deyib.

Qeyd edək ki, Türkiyə özünün bir neçə mindən ibarət hərbi kontingentini kürd üsyançılarına nəzarət üçün kürdlərin cəmləşdiyi dağ sərhədlərinə göndərib. Türkiyənin hərbi komandiri cümə axşamı bildirmişdi ki, Türk ordusu İraq tərəfə hücuma keçməyə hazırdır və yalnız əmr gözləyir.

Dünən Ərbil şəhərində çıxışı zamanı İraqın baş naziri Nuri Əl-Maliki Türkiyənin hərbi qüvvələrini sərhədd bölgələrdə yerləşdirməsinə qarşı olduğunu və İraqın sakit kürd bölgəsinin müharibə meydanına çevrilməsinə imkan verməyəcəyini demişdir.

Türkiyə isə öz növbəsində, bir vaxtlar PKK-ya qarşı Türk əsgərləriylə bir yerdə döyüşən İraq kürdlərini indi separatçı qıyamçıları himayə etməkdə ittiham edir. Türkiyə eyni zamanda müharibənin İraqın bölünməsinə gətirib çıxaracağından və bunun İraqın şimalında müstəqil bir Kürd dövlətinin yaranmasıyla nəticələnə biləcəyindən narahatdır.

XS
SM
MD
LG