Accessibility links

Yaşıl Zonaya planlaşdırılan hücumun qarşısı alınıb


İraqdakı Amerika hərbi qüvvələrinin rəsmiləri bildiriblər ki, Bağdadın güclü mühafizə olunan Yaşıl Zona ərazisində yerləşən İraq hökumətinin binası və Amerika səfirliyinə planlaşdırılan raket hücumunun qarşısı alınıb.

Rəsmilər deyirlər ki, vertolyotlar vasitəsi ilə Sədrşəhərə edilən reyd zamanı 4 yaraqlı öldürülüb. İraq polisi isə bildirir ki, Bağdadın şimalında intiharçı sürüçü bomba yerləşdirilmiş maşınla polisin maşın karvanına etdiyi hücum nəticəsində 10 nəfər həlak olub, 25 nəfər isə yaralanıb. Polis həmçinin hücum nəticəsində bir polis zabitinin də həlak olduğunu deyib.

XS
SM
MD
LG