Accessibility links

Türk hərbi qüvvələrinə hücum olub


Türkiyənin təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, bu gün Tuncəlı vilayətində kürd ysyançıları tərəfindən hərbi qüvvələrə edilən hücum nəticəsində yeddi əsgər qətlə yetirilmiş, səkkizi isə yaralanmışdır.

Dünən isə Türk ordusunun İraqın şimalını, kürd üsyançılarının nəzarəti altında olan ərazini atəşə tutduğu, lakin sərhədi keçmədiyi bildirilir. Qeyd edək ki, Türkiyə artıq öz hərbi qüvvələrini İraqla sərhəddə yerləşdirib. Birləşmiş Ştatların müdafiə naziri Robert Geyts Türkiyəyə bu məsələ ilə bağlı xəbərdarlıq edib.

XS
SM
MD
LG