Accessibility links

Fələstin düşərgələrində toqquşmalar davam edir


Livan rəsmilərindən alınan xəbərdə bildirilir ki, bu gün Fələstin qaçqın düşərgəsindəki toqquşma nəticəsində iki əsgər və iki İslamçı yaraqlı qətlə yetirilib. Tibb işçiləri Eyn Əl-Hilven düşərgəsində Cand Əl-Şam yaraqlıları ilə Livan ordusu arasında baş verən atışma zamanı azı üç əgərin və iki mülki vətəndaşın yaralandığını bildirirlər. Zorakılıqlar üzündən düşərgədən yüzlərlə insanın qaçdığı bildirilir.

Livanın cənubundakı digər, Nəhr Əl-Bared düşərgəsində isə Fətah Əl-İslam yaraqlıları ilə Livan ordusu arasındakı döyüşlər dünəndən bəri yenidən başlayıb.

XS
SM
MD
LG