Accessibility links

İsrail və Fələstin liderlərinin görüşü təxirə salınıb


İsrailin baş naziri Ehud OLmaertlə Fələstin prezidenti Mahmud Abbasın bu günə təyin edilmiş görüşü təxirə salınıb. Cənab Olmerin ofisindən alınan xəbərdə deyilir ki, görüş Fələstinin xahişi ilə təxirə salınıb. Görüşün nə vaxta keçirilməsi barədə məlumat verilməyib. Lakin Fələstinin xarici işlər xaziri Ziad Əbu Əmr deyib ki, liderlər ola bilsin iyun ayının 25-i, Yaxın Şərq Dördlüyünün iclası zamanı görüşsünlər.

Cənab Olmert Britaniyanın Quardian qəzetinə bildirib ki, İsrail sülh barədə danışıqlarda iştirak etməyə hazırdır.

Bu gün isə İordan Çayının Qərb sahilində və Qəzz Zolağında İsrail qüvvələri tərəfindən iki fələstinli qətlə yetitilib.

XS
SM
MD
LG