Accessibility links

ABŞ prezidenti Rusiyanın hədələrinə hərbi cavab verməyəcəyini deyib


Rusiya prezidenti Valdimir Putin ABŞ-ın raket hücumundan müdafiə sistemi ilə bağlı planlarını həyata keçirəcəyi təqdirdə öz raketlərini Avropadakı yeni hədəflərə yönəldəcəyini deyib. Amerikanın Səsinin Ağ evdəki müxbiri Skot Sternsin reportajında deyilir ki, prezident Corc Buş Birləşmiş Ştatlarlın Rusiyanın hədələrinə hərbi cavab verməyəcəyini deyib. ABŞ prezidenti Corc Buş Çex Respublikasında radar stansiyası və Polşada qəbuledici raketlərin quraşdırılmasını ehtiva edən raket hücumundan müdafiə sistemi ilə bağlı Rusiyanın narahatlıqlarını səngitməyə çalışır.

Prezident Putin bunun yeni silah yarışı olduğunu və cavab addımlarına görə məsuliyyət daşımadığını deyib. Putin Moskvada müxbirlərə deyib ki, Rusiya Avropada yeni hədəfləri müəyyənləşdirməklə cavab verə bilər. Bu, Ballistik raketlərlə hücum, yaxud tamamilə yeni sistem ola bilər.

Müxbirlərlə söhbətində cənab Buş Rusiyanın Avropaya hücum etməyəcəyini deyib. O, Rusiyanın raketlərinin istiqmətini dəyişəcəyi təqdirdə ABŞ ordusunun cavab verməsinə gərək olmadığını bildirib. Çexiyada dövlət rəsmiləri ilə keçirdiyi danışıqlardan sonra cənab Buş deyib ki, Rusiya raketdən müdafiə sistemindən qorxmamalıdır. Cənab Buş deyib: "Rusiya bizim düşmənimiz deyil.Bizimki kimi azad cəmiyyətlərin düşməni radikallar, ekstremistlər. yaxud öz ideoloji məqsədlərini təşviq etmək üçün azad dünyanı şantaj edən rejimlərdir. ."

ABŞ rəsmiləri qurğuların İrandan raketlərin qarşısını almaq məqsədi güddüyünü deyir. İran rəsmiləri bunu ilin zarafatı adlandırıblar. Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricani İranın Avropaya çata biləcək raketlərə malik olmadığını deyib. Rusiya prezidenti də bu şərhlə razılaşaraq, İran, yaxud Şimali Koreyadan təhlükə olmadığını və müdafiə sisteminin Rusiyanın Avropa ilə münasibətlərinə təhlükə olduğunu deyib. Rusiya və ABŞ prezidentlərinin məsələni cümə axşamı keçiriləcək təkbətək görüşdə müzakirə edəcəkləri bildirilir.

XS
SM
MD
LG