Accessibility links

Putin ABŞ-a Azərbaycandakı radar stansiyasını birgə işlətməyi təklif edir


ABŞ prezidenti Corc Buş və Rusiya prezidenti Vladimir Putin Səkkizlər sammiti çərçivəsində Rusiyanın Birləşmiş Ştatların Avropada raketlərdən müdafiə sistemini yerlədişmək planlarına etirazlarının müzakirə edildiyi danışıqları könsruktiv adlandırıblar. Cənab Putin Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycanda sovet dövrü inşa edilmiş radardan ABŞ-ın raketlərdən müdafiə sisteminin elementi kimi istifadə edilməsinə razılıq verdiyini deyib. Vladimir Putin deyib ki, o, prezident Buşa bu təklifi verməzdən əvvəl məsələni çərşənbə günü Azərbaycan prezidenti İlham Əliyevlə müzakirə edib. Rusiya prezidenti deyib ki, hazırda Azərbaycanla mövcud müqavilə bunu etməyə imkan yaradaır. “Azərbaycan prezidenti qlobal təhlükəsizlik və sabitlik işinə töhvə verə biləcyindən olduqca məmnun olacağını vurğuladı.”-deyə Vladimir Putin söyləyib.
Cənab Buş sovet dövründə inşa edilmiş bazadan istifadə etmək haqda təklifi maraqlı adlandıraraq, detalları müzakirə etmək məqsədilə hər iki ölkənin Xarici işlər və Müdafiə nazirlərinin görüşlər keçirməsinə hazırlığını bildirib. ABŞ və Rusiya prezidentləri gələn ay Meyn ştatının Kennebunkport şəhərində dialoqu davam etdirməlidir. Rusiya bundan öncə bildirmişdi ki, ABŞ-ın Polşa və Çex Respublikasında raketlərdən müdafiə sistemini yerləşdirmək planlarını həyata keçirsə, Rusiya öz raketlərini Avropa hədəflərinə tuşlayacaq.
XS
SM
MD
LG