Accessibility links

Azərbaycanlı fəal Hüseyn Füruhidə İranda edamını gözləyir


İranda haqqında edam hökmü çıxarılmış, Xoyda yaşayan Azərbaycanlı fəal Hüseyn Furuhidənin taleyi ilə bağlı ailəsi heç bir məlumat ala bilmir. Bunu Amerikanın səsinə müsahibəsində məhbusun atası Qulamhüseyn Furuhidə deyib.

Beynəlxalq Amnistiya təşkilatının haqqında təcili tədbir kampaniyası başladığı Hüseyn Furujidəyə qarşı Türkiyəyə casusluq ittihamı irəli sürülüb. Məhbusun atası ittihamların əsassız olduğunu deyir.

Qulamhüseyn Furuhidənin bacısı oğlu İrəc Naci də keçən ilin may mitinqləri zamanı əhalini nümayişə çağırdığı ittihamı ilə Oktyabr ayında həbs olunub və Beynəlxalq Amnistiyanın verdiyi məlumata görə, o zamandan bəri təkadamlıq kamerada saxlanılır. Qulamhüseyn Furuhidənin özü də rejim əleyhinə fəaliyyətə görə üç il həbsdə olub.

Qulamhüseyn Furuhidə beynəlxalq təşkilatların yardımına ümid edir.

Tam reportajı audio-formatda dinləyin

XS
SM
MD
LG