Accessibility links

Azərbaycan xarici işlər naziri Rusiyanın Qəbələ RLS haqda təklifini alqışlayıb


Azərbaycanın xarici işlər naziri ABŞ və Rusiyanın Azərbaycandakı radar qurğusundan raketdən müdafiə sistemi üçün birgə istifadəsi haqda Rusiyanın təklifini alqışlayıb. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, onun ölkəsi hazırda Rusiya tərəfindən icarəyə götürülmüş qurğuların istifadəsi üzrə ikitərəfli və ya üçtərəfli danışıqlara hazırdır. Onun sözlərinə görə, bu əməkdaşlıq regiona stabillik gətirə bilər.

NATO-nun baş katibi Yap de Hop Şeffer bu gün təkliflə bağlı şübhələrini ifadə edərək deyib ki, Azərbaycandakı radiolokasiya stansiyası haqqında söhbət gedən təhlükəli ölkələrə çox yaxındır. Belə ki, Azərbaycan ABŞ-ın dediyinə görə, onu raketdən müdafiə sistemini qurmağa vadar edən təhlükələrin mənbəyi olan İranla həmsərhəddir.

Birləşmiş Ştatlar İran və Şimali Koreya kimi ölkələrdən gələ biləcək raket hücumlarına qarşı Çex Respublikası və Polşada raketdən müdafiə qalxanı qurmaq planını elan edib.

XS
SM
MD
LG