Accessibility links

Putinlə Saakaşvili münasibətləri stabilləşdirməyə çalışırlar


Rusiya prezidenti Vladimir Putin və onun gürcü həmkarı Mixail Saakaşvili iki ölkə arasında münasibətlərin stabilləşməsi ilə bağlı arzularını ifadə edib. İki lider bu gün Rusiyada, Sankt Peterburqda keçirilən İqtisadi forumdan əvvəl görüşüblər.

Cənab Putin gürcü liderinə deyib ki, Rusiya ərazi bütövlüyü ilə bağlı beynəlxalq qanunlara riayət olunmasına tərəfdardır. Saakaşvili Putinin Almaniyada Böyük səkkizliyin sammitində Kosovonun müstəqillik qazanması ehtimalı ilə bağlı tənqidi bəyanatlarının Tbilisidə maraqla qarşılandığını deyib.

XS
SM
MD
LG