Accessibility links

İraqda reydlər davam edir


İraq rəsmiləri bildirir ki, Bağdadın cənubunda maşına yerləşdirilmiş bomba hücumu 12 əsgərin ölümünə, 30 nəfərin yaralanmasına səbəb olub. Bundan əvvəl Bağdadda polis patrulunu hədəf alan maşına yerləşdirilmiş bomba isə iki nəfərin ölümünə yeddi nəfərin yaralanmasına səbəb olub.

Həmçinin Bukka düşərgəsində həbsxanaya edilən hücum zamanı altı mülki məhbus həlak olub, 50 nəfər yaralanıb. İraqdakı ABŞ hərbçiləri koalisiya qüvvələrinin Əl Qaidə əleyhinə keçirdikləri reyd zamanı 5 terrorçunu öldürərək 11 nəfəri həbs etdiklərini bildirib.

Hərbçilərin bəyanatında deyilir ki, ABŞ qüvvələri Fəllucə yaxınlığında Tacinin şimalında və qərbi Bağdadda reydlər keçiriblər. Diyala vilayətində ABŞ əsgəri güllə ilə öldürülüb.

XS
SM
MD
LG