Accessibility links

Putin Dünya Ticarət Təşkilatına alternativ yaratmağa çağırır


Rusiya prezidenti Vladimir Putin Dünya Ticarət Təşkilatına alternativ yaradılmasına çağırıb. O, deyib ki, hazırkı iqtisadi təşkilat arxaik, qeyri-demokratik və qəribədir. Sankt Peterburqda iki günlük iqtisadi forumda çıxış edən cənab Putin deyib ki, Dünya Ticarət Təşkilatının başlıca prioriteti inkişaf etmiş ölkələrin maraqlarını qorumaqdır. Cənab Putin təklif edib ki, Avrasiya üzrə azad ticarət təşkilatı yaratmaqla bütün dünya boyu ticarətə və investisiyaya stimul vermək olar. Sankt Peterburq Beynəlxalq İqtisadi Forumuna dünyanın aparıcı qlobal şirkətləri daxildir.
XS
SM
MD
LG