Accessibility links

İraq məhkəməsi soyqırımda ittiham olunmuş altı nəfərə bu ay hökm çıxaracaq


İraq məhkəməsi soyqırımla əlaqədar ittiham olunan İraqın edam olunmuş sabiq diktatoru Səddam Hüseynin yaxın qohumu olan “Kimyavi Əli” də daxil olmaqla, altı müşavirinə hökmü bu ay çıxaracağını bildirib. Məhkmə növbəti iclasını iyun ayının 24-də keçirəcəyini elan edib. Altı nəfər 1988-ci ildə prokurorların 180 min kürdün öldüyünü dediyi Ənfal kampaniyasında iştiraklarına görə ittiham olunublar. Onlara qarşı soyqırım, müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayət itithamları irəli sürülüb. Prokurorlar kürdlərə qarşı kimyəvi qaz işlətdiyinə görə məsuliyyət daşıdığı deyilən Səddamın yaxın qohumu Əli Həsən əl-Məcidə ölüm hökmü vermək istəyirlər.
XS
SM
MD
LG