Accessibility links

Fələstində zorakılıq davam edir


Fələstinin Fətah və Hamas qrupları arasında döyüşlər gücləndiyi vaxt prezident idarəsi Həması dövlət çevrilişində günahlandırır.

Fələstin prezidenti Mahmud Abbasın ofisindən verilən məlumata görə, Həmas liderləri Qəzzanın nəzarətini zorla almağa çalışıb. Bu səhər cənab Abbasın Qəzza şəhərindəki kompleksinə mərmi atəşi, Fələstinin Həmasdan olan baş naziri İsmayıl Haniyənin Qəzzadakı evinə isə raket atəşi vurulub. Hücumlarda heç kim xəsarət almayıb.

Bu gün Həmas Fətahın Qəzza şəhərindəki təhlükəsizlik kompleksini təhvil verməsi barədə xəbərdarlıq yayandan sonra kompleks ətrafında intensiv döyüşlər gedib. Bazar ertəsindən bəri azı 18 nəfər həlak olub.

XS
SM
MD
LG