Accessibility links

Koalisiya qüvvələri tərəfindən səhvən polis məntəqəsinə hücum olub


Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, Birləşmiş Ştatların koalisiya qüvvələri Taliban yaraqlıları əvəzinə səhvən Əfqan polis məntəqəsində etdikləri hücum nəticəsində 7 polis işçisi ölmüş, azı 4 nəfər yaralanmışdır. Əfqan rəsmiləri deyirlər ki, Talibanlara qarşı nəzərdə tutulan bu hava hücumu gecə yarısı, Nanqarhar vilayətində baş vermişdir.

Prezidentin sözçüsü Kərim Rəhimi acınacaqlı nəticələnən bu insidentin anlaşılmazlığın nəticəsi olduğunu deyib. Birləşmiş Ştatlar hərbiçiləri də polis məntəqəsinə edilən hücumu qınamışlar. Digər bir xəbərdə isə bildirilir ki, dünən Əfqanıstanın cənubunda koalisiya qüvvələri və Əfqan hərbiçilərinin birgə əməliyyatları nəticəsində 24 nəfərdən çox Taliban yaraqlısı qətlə yetirilib.

XS
SM
MD
LG