Accessibility links

Riçard Bauçer Pakistan rəsmiləri ilə görüşür


ABŞ-ın Cənubi və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi, Dövlət katibinin yardımçısı Riçard Bauçer bu gün İslamabadda Pakistanın xarici işlər naziri Xurşid Kasuri və ölkənin seçki komissiyasının sədri Qazi Məhəmməd Faruq Paşa ilə görüşüb. Cənab Bauçerin sabah Pakistan prezidenti Pərviz Müşərrəflə görüşəcəyi gözlənilir.

ABŞ rəsmiləri Bauçerin səfərinin əsas səbəblərilə bağlı geniş məlumat verməyərək, onu qeyd ediblər ki, danışıqlar zamanı Birləşmiş Ştatların terrorizmə qarşı müharibədə müttəfiqi olan Pakistanla ikitərəfli münasibətlər müzakirə ediləcək. Lakin Amerika mətbuatında Bauçerin Pakistan prezidenti Pərviz Müşərrəfə bu il seçkilərin şəffaf keçirilməsi üçün təzyiq göstərəcəyi haqda məlumat verilib.

XS
SM
MD
LG