Accessibility links

ABŞ və Rusiya arasında qarşıdurma davam edir


Birləşmiş Ştatlar - Rusiya münasibətlərində bir vaxtlar istiləşmə hiss olunsa da indi yenidən gərginlik müşahidə olunur. Superdövlət və onun Soyuq müharibə dönəmindən rəqibinin liderlərinin keçən həftə verdiyi bəyanatlar münasibətlərin gərginləşdiyinin daha bir təzahürü idi. Sonra isə Vladimir Putin ABŞ-a raket əleyhinə müdafiə sistemində əməkdaşlıq təklif etdi.

Corc Buş və Vladimir Putin böyük səkkizliyin sammitində çox mehriban idilər. Hətta raket diplomatiyasının qaynar məqamlarında da onlar zarafatlaşmaqda davam edirdilər. Münaqişəli mövzular Avropada raket əleyhinə müdafiə sistemi və Putin hökumətinin Rusiya cəmiyyəti üzərində basqılarını artırmasıdır.

Sloveniyada keçirilən ilk görüşdən altı il sonra cənab Buş Rusiya prezidentinə etimad etdiyini deyir: “Mən bu adamın gözlərinə baxdım. Mən onu çox səmimi və etibarlı adam hesab edirəm. Mən onun ruhunu anlaya bilmişəm.”

Lakin ABŞ Konqresinin nümayəndələr palatasının sədri Tom Lantos iki lider arasında mehriban münasibətlərin qurulacağına inanmadığını deyir. “Daha prezident Buş Vladimir Putinin gözlərinə baxıb, orada açıq və azad cəmiyyət qurmaq ideyasına sadiq silahdaş görmür”

Rusiyada indi hökumət əleyhinə nümayişlər adi hal alıb. Etirazçılar Kremlin fərdi azadlıqları boğmasından, söz azadlığına basqılar və çeçen separatçılarına qarşı müharibədən şikayət edirlər.

“Amerika dostluq münasibətləri quraraq, bu ölkəni demokratiyaya doğru yönəldə bilər” deyən prezident Buş ötən həftə Çexiyada etdiyi çıxışlarda Putin hökuməyinə qarşıs açıq tənqid səsləndirdi: “Rusiyada vətəndaşların hakimiyyətini təmin edəcək islahatlar dayandırılıb və bu, demokratik inkişafa zərbə vurub”.

Vaşinqtonda Kennan İnstitutunun əməkdaşı İrina Papkova deyir ki, Buşun tənqidlərinə cavab vermək olduqca asandır. Onun sözlərinə görə inkişaf edən iqtisadiyyat və Putinin artan reytinqi buna cavab ola bilər. Və o, bu göstəriciləri cənab Buşun özünün İraq müharibəsi və terror şübhəliləri ilə rəftar məslələrində davranışı ilə müqayisə edir: “Mən düşünürəm ki, bu halda cənab Buşun bəyanatları Rusiyada “onlar kimdir ki, bizə necə yaşamağı öyrətsinlər” kimi cavabları yaradılr”.

İki həftə əvvəl Rusiya özünün raketlərini Avropaya tuşlayacağı ilə hədələmişdi. Rusiya rəsmiləri Birləşmiş Ştatların Polşa və respublikasında 10 interseptor quraşdırmaq planını Rusiyaya qarşı yönəlmiş addım hesab edirlər. Rusiyanın Azərbaycanda radar stansiyasının birgə işlədilməsi barədə təklifi isə ABŞ rəsmiləri üçün maraqlı səslənsə də, Polşa və Çex Respublikasındakı planlardan imtina üçün tutarlı dəlil kimi görünmür.

ABŞ dövlət katibinin keçmiş yardımçısı Riçard Holbruk deyir ki, raket sistemləri ilə bağlı mübahisə münasibətlərin nə qədər gərgin olduğunu göstərir: "İki hökumət arasında münasibətlər heç yaxşı deyil. Hər iki tərəfdə çoxlu qəzəb var. Bir də indi soyuq müharibə yoxdur. Biz 90-cı illərdə olduğu kimi birgə işləməliyik".

Cənab Putinin hakimiyyətə gəlməsindən əvvəl Rusiyanın iqtisadi problemləri vardı. Amma indi Rusiya iqtisadiyatı stabil olaraq inkişaf edir. Brukinqs institutunun təhlilçisi İqor Dançenko:

"Son illərdə Rusiya daha güclü dövlətə çevrilib. İndi o daha müstəqil xarici siyasət yürüdə bilər.”

Bir zamanlar Buş administrasiyası Rusiya ilə müsbət münasibətlər erasının başladığını qeyd etmişdi. İki prezident arasında səmimi münasibətlərin olduğu da faktdır. İndi Ruisiya prezidenti Putinin raket əleyhinə müdafiə danışıqlarında sürpriz təklifləri ilə bağlı qızğın müzakirələr gözlənilir. Ekspertlər isə Rusiyanın əzələlərini nümayiş etdirməkdə davam edəcəyini söyləyir.

XS
SM
MD
LG