Accessibility links

Xartum BMT sülhməramlılarının Darfurda yerləşdirilməsinə razılıq verib


BMT Təhlükəszlik Şurasının Sudana səfər edən heyəti bildirib ki, rəsmi Xartum BMT və Afrika Birliyi sülhməramlılarının Darfurda yerləşdirilməsinə razılıq verib.

Cənubi Afrika səfiri Dumisani Kumalo bu bəyanatı Sudan Prezidenti Ömər Əl Bəşirlə bir neçə saat davam edən danışıqlardan sonra verib. O deyib ki, prezident əl Bəşir 20 minlik BMT və Afrika İttifaqı kontingentinin bölgədə tezliklə yerləşməsinə razılıq verib. Xartum əvvəllər Darfura çoxlu sayda BMT sülhməramlılarının gətirilməsinə qarşı çıxırdı, lakin nəhayət ötən həftə BMT-nin sərt sanksiyalar haqda hədələrindən sonra buna razı oldu. Afrika İttifaqının Darfura göndərdiyi 7 minlik qüvvə regionda zorakılıqlara son qoya bilməyib. Son 4 ildə Darfurda cərəyan edən döyüşlər nəticəsind 200mindən çox adam həyatını itirib. Hökumətin dəstəklədiyi Ərəb silahlı dəstələri bu ərazidə törədilən qırğınlarda ittiham olunurlar.

XS
SM
MD
LG