Accessibility links

ABŞ qüvvələri hərbi əməliyyatları davam etdirirlər


İraq rəsmiləri Kərkükün Suleyman Bəy məhəlləsindəki hökumət binaları yaxınlığında yük maşınına yerləşdirilmiş bomba partlayışının azı 16 nəfərin ölümünə, 70-ə qədərinin isə yaralanmasına səbəb olduğunu bildiriblər.

ABŞ hərbi qüvvələrinin xəbərində isə deyilir ki, Bağdadda yol kənarına yerləşdirilimiş bomba partlayışı 5 Amerika əsgərinin ölümünə səbəb olub. Eləcə də, dünən Bağdadda və Əl-Ənbar vilayətində ABŞ-ın 14 nəfər hərbi qulluqçusunun qətlə yetirildiyi bildidilir.

Bunlarla yanaşı xəbər verilir ki, Bağdadın şimalında və cənubunda Birləşmiş Ştatlarıın minlərlə hərbiçisinin ƏL-Qaidə yaraqlılarına qarşı şiddətli əməliyyatları davam edir. ABŞ hərbiçiləri tərəfindən keçirilən əməliyyatlar nəticəsində Diyala vilayətində 41 yaraqlının, paytaxtın cənub-şərqində 5 yaraqlının qətlə yetirildiyi, 62-nin isə ələ keçirirldiyi bildirilir.

XS
SM
MD
LG