Accessibility links

Pakistan Salman Rüşdiyə cəngavər titulu verilməsinə etiraz edir


Pakistanın baş naziri Şövkət Əziz Britaniyada Salman Rüşdiyə cəngavər titulunun verilməsini pisləyib. Bu arada Pakistanda yüzlərlə adam etiraz aksiyası keçirib.

Bu gün İslamabad, Lahor və Quetta şəhərində etirazçılar Rüşdinin müqəvvasını yandırıblar. Siyasi liderlər Rüşdinin cəngavər statusunun geri alınmasını tələb edirlər. Cənab Əziz deyib ki, müsəlmanlar Məhəmməd peyğəmbərə qarşı küfr edilməsinə dözməyəcəklər.

XS
SM
MD
LG