Accessibility links

Avropa Birliyində nizamnamə layihəsi üzrə razılıq əldə edilib


Avropa Birliyinin liderləri bildirir ki, onlar İttifaqın nizamnamə layihəsi üzrə razılığa gəliblər. Razılaşma bu gün Brüsseldə, bütün gecə davam edən danışıqlardan sonra Avropa dövlət başçıları tərəfindən elan olunub.

Razılaşdırılmış prinsiplər 2005-ci ildə Fransa və Hollandiya seçiciləri tərəfindən rədd edilən konstitusiya layihəsini əvəz edəcək sənədin əsasını təşkil edəcək. Avropa Birliyi yeni sazişin layihəsi üzərində işi bu ilin sonuna kimi, 27 üzv ölkə tərəfindən təsdiqini isə 2009-cu ilin sonuna kimi başa çatdırmağa ümid edir.

XS
SM
MD
LG