Accessibility links

İsrail Həmasın yüksək səviyyəli nümayəndəsini ələ keçirib


Fələstinin təhlükəsizlik qüvvələri bildirmişlər ki, İsrail hərbiçiləri bu gün İordan Çayının Qərb Sahilində Həmasın yüksək səviyyəli nümayəndəsini ələ keçirmişlər. Fələstin rəsmilərinin dediyinə görə, İsrail qüvvələri Saleh Ərurini Ramallahda həbs edib və onu Həmas hərbi qanadının əsasını qoyan şəxs kimi təqdim ediblər.

Gələn çərşənbə günü Həmasın Qəzzanın nəzarətini ələ keçirməsindən sonra, Yaxın Şərq sülh danışıqları üzrə Dördlüyünün Qüdsdə ilk görüşü gözlənilir. İsrailin baş naziri Ehud Olmert dünən deyib ki, o, fələstinlilərin prezidenti Mahmud Abbasla danışıqlar zamanı parlament seçkilərində Həmas nəzarəti ələ alandan bəri dayandırılan 600 milyon dollar məbləğində vergi müavinətinin bərpa ediləcəyi barədə məlumat verməyi planlaşdırır.

XS
SM
MD
LG