Accessibility links

Corc Buş senatorları mühacirət qanununa səs verməyə çağırır


Prezident Buş bildirir ki, onuin dəstəklədiyi mühacirət qanununa əsasən, ölkəyə qeyri-qanuni daxil olmaq cəhdi zamanı tutulan adamlar ömürlük ABŞ-a gəlmək hüququndan məhrum olacaqlar.

Bu gün həftəlik radio müraciəti zamanı cənab Buş senatorları Ağ ev və hər iki partiyanı təmsil edən kommisiya tərəfindən hazırlanmış layihəyə səs verməyə çağırıb. Senat çoxluğunun lideri Harri Rid bu ayın əvvəlində təklif olunan layihəni düzəlişlərin çox olması səbəbilə səsvermədən çıxarmışdı.

Cənab Buş deyib ki, təhlükəsizlik təftişi keçdikdən, cərimələri ödədikdən və ingilis dilini öyrənməyə vəd verdikdən sonra ölkədə olduğu ehtimal edilən 12 milyon qeyri-qanuni mühacir status üçün müraciət edə bilər. Layihənin əleyhdarları onun qeyri-leqal mühacirlərə amnistiya səd etdiyini deyir

XS
SM
MD
LG